"Qarabağ"ın futbolçusu: "Çempionlar Liqasının qrupuna düşmək istəyirik"

16:58 - 23 İyun 2019

Bolqarıstanın "Ludoqorets" klubuna yoxlama görüşündə 0:2 hesabı ilə uduzan "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev "Diema Sport" kanalına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, bolqarıstanlı futbolçu oyunla bağlı danışıb:

 

"Maraqlı oyun keçdi. Uduzsaq da, bu önəm daşımır. İlk yoxlama görüşümüzü keçirdik. Fiziki güc toplamada daha vacib idi. ÇL-in I təsnifat mərhələsindəki oyunumuza qədər 3 yoxlama görüşü keçirəcəyik. İstəkli olmaq normaldır. Hamı ilk 11-likdə yer almaq istəyir. Hamı bütünü gücünü meydana qoymağa çalışır. Adi yoxlama görüşü olmadı, keyfiyyətli matç alındı."Ludoqorets" əla oynadı. Təsadüfən çempion olmadıqlarını göstərdilər. Onların güclü futbolçuları var".

 

25 yaşlı oyunçu avrokuboklardakı hədəfləri barədə bunları deyib:

 

"Hədəflər yüksəkdir. Çempionlar Liqası, ən pis halda Avropa Liqasının qrupuna düşmək istəyirik. "Qarabağ" yaxşı təşkilatlanmış komandadır. Belə nəticələr gözləmək normaldır".

 

Slavçev "Qarabağ"dan ayrılmaq istəmədiyini sözlərinə əlavə edib:

 

"Ölkə xaricində oynadığım üçün çox xoşbəxtəm. Avropada adımdan söz etdirmək üçün mübarizə aparıram. "Sportinq" və "Bolton"da oynamaq imkanım olsa da, həmin klublarda möhkəmlənmədim. Uğursuz anlarım oldu. Hazırda dəyişiklik etməyi düşünmürəm və öz oyunuma köklənmişəm".

Xəbər xətti