Avstriyada təlim-məşq toplanışını davam etdirən "Qarabağ" bir günlük istirahətdən sonra məşqlərini bərap edib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi günü iki məşqlə başa vurub. Günün ilk məşqi yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) start götürüb və təxminən 90 dəqiqə davam edib. Bu məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib. Hazırlıq topu çalışmalarla başa çatıb.
Günün ikinci çalışmasına komanda "kvadrat"la başlayıb. Daha sonra taktiki çalışmaları yerinə yetirən futbolçular ikitərəfli oyunla məşqi başa vurub.
Yeni transfer Xayme Romero bu gün komandayla məşqlərə qoşulub.
saytlarin hazirlanmasi