"Qarabağ" heç-heçə etdi

20:50 - 25 İyun 2019

"Qarabağ" bu gün Avstriyada təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu "Səbail"in Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi "Krayova" (Rumıniya) ilə qarşılaşıb. Matç 0:0 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, Ağdam təmsilçisi ilk yoxlama matçında Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub. Komanda iyunun 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də yoxlama oyunu keçirəcək.


25 iyun

Yoxlama oyunu

 

20:00. "Qarabağ" - "Krayova" - 0:0

 

Xəbər xətti