Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Ekstein karyerasını Azərbaycanda davam etdirəcək.
Sportal.az "Soccer Laduma" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Premyer Liqa təmsilçisi "Sabah"la müqavilə bağlayıb.
Futbolçuya yaxın mənbə açıqlamasında transferin həll olduğunu təsdiq edib:
"Ekstein "Sabah" adlı kluba keçir. Klubla müqavilə imzalayıb. Bu gecə yeni klubuna qoşulmaq üçün CAR-dan ayrılacaq".
Cənubi afrikalı hücumameyilli futbolçunun adı "Qarabağ"la da hallanırdı.
Hendrik Ekstein 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.
saytlarin hazirlanmasi