Türkiyənin "Beşiktaş" klubu transfer fəaliyyətini davam etdirir.
Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubu Portuqaliyanın "Vitoriya" klubundan Tayler Bondu transfer etmək üzrədir.
Xəbərdə Portuqaliya klubunun "Beşiktaş"ın 1,5 milyon avroluq təklifini qəbul etdiyi qeyd edilib.
ABŞ millisin üzvü ötən mövsümün ikinci yarısını "Ankaragücü"ndə keçirib. 24 yaşlı cinah futbolçusu 14 oyuna 6 qol vurub, 4 assist edib.
saytlarin hazirlanmasi