"Sabah"la müqaviləmiz CAR klublarının təklifindən yaxşıdır" - Eksteinin agenti

12:27 - 28 İyun 2019

Cənubi Afrika Respublikasının "Kayzer Çifs" klubundan ayrılan Hendrik Ekstein karyerasını Azərbaycanın "Sabah" klubunda davam etdirəcək.

 

Sportal.az timeslive.co.za saytına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu paytaxt təmsilçisi ilə iki illik müqavilə bağlayıb.

 

Cənubi afrikalı yarımmüdafiəçinin agenti Mxize Palesa sərfəli müqaviləyə qol çəkdiklərini deyib:

 

"Müqaviləmiz Cənubi Afrika klublarının təklifindən daha sərfəlidir. "Sabah"a keçmək Ekstein üçün yaxşı işlər görmək baxımından bir addımdır. Daha öncə Dino Ndlovu "Qarabağ"da çıxış edib. İndi isə Çində yaxşı şərtlər altında oynayır. O, ən yüksək ödənişli cənubi afrikalı futbolçulardan biridir".

 

Ekstein "Sabah"a keçidi ilə bağlı bunları deyib:

 

"Azərbaycanda "Sabah" adlı kluba keçdim. Klubla müqavilə imzaladım və hər şey yaxşı tamamlandı. Həyəcanlıyam və yeni mübarizəni dörd gözlə gözləyirəm".

Xəbər xətti