Ramil Şeydayev "Krılya Sovetov"u tərk edir - Moskva klubu ilə müqavilə imzalayır

10:10 - 1 İyul 2019

"Krılya Sovetov" ilə müqaviləsi başa çatan Ramil Şeydayev karyerasını başqa Rusiya klubunda davam etdirəcək.

 

Sportal.az "Sport-Express"ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu "Dinamo"ya keçə bilər. Nəşrin iddiasına görə, Azərbaycan millisinin üzvü Moskva klubu ilə müqavilə bağlamaq üçün tibbi müayinədən keçəcək.

 

Qeyd edək ki, Ramil ötən mövsümün əvvəlindən çıxış etdiyi "Krılya Sovetov"da 18 oyuna 4 qol vurub.

Xəbər xətti