"Qarabağ" "Viktoriya" ilə heç-heçə etdi

20:50 - 2 İyul 2019

"Qarabağ" Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi Çexiyanın "Viktoriya" klubu ilə qarşılaşıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.

 

2 iyul

Yoxlama oyunu

 

19:00. "Qarabağ" - "Viktoriya" (Çexiya) - 2:2

Qollar: Mahir Emreli, 42, 52

 

Xəbər xətti