Yay transfer dönəmində azərbaycanlı futbolçuların bir çoxu klubunu dəyişdi. Bəzi yerli futbolçular klub tapsa da, bir çox oyunçu azad agent qalıb.
"Keşlə"dən ayrılan Azərbaycan millisinin üzvü Kamran Ağayev hələ də klubsuz qalıb. İlqar Qurbanov, Əfran İsmayılov, Arif Daşdəmirov, İlkin Qırtımov və Pərdis Fərcad-Azad kimi oyunçuların taleyi qeyri-müəyyəndir. Millinin sabiq üzvü Vaqif Cavadov isə yanvardan bu tərəfə hələ də klub tapmayıb.
Böyük ümidlərlə Lissabonun "Sportinq" klubuna gedən, ancaq ötən mövsüm "Zirə"yə keçən və oynamaq şansı qazanmayan Budaq Nəsirovdan da səs-soraq yoxdur. Azad agent statusu daşıyan 22 yaşlı yarımmüdafiəçiyə yerli klublar maraq göstəmir.
Ötən mövsüm "Sumqayıt"a keçən və Azərbaycan pasportu alan Atilla Yıldırımla Əli Babayev də yeni klubla anlaşmayıb. Azərbaycan millisinin üzvü olan Babayevin İsrail klublarından birinə keçəcəyi gözlənilsə də, rəsmi məlumat yoxdur.
Klubsuz qalan azərbaycanlı futbolçular:
Qapıçı: Kamran Ağayev;
Müdafiəçilər: İlqar Qurbanov, Arif Daşdəmirov, Novruz Məmmədov, İlkin Qırtımov;
Yarımmüdafiəçilər: Budaq Nəsirov, Fuad Bayramov, Əfran İsmayılov, Vaqif Cavadov, Nicat Qurbanov;
Hücumçu: Pərdis Fərcad-Azad.
Davud Kərimi, Asif Məmmədov, Seymur Əsədov, Ruslan Nəsirli, Əli Babayev, Atilla Yıldırım, Tərzin Cahangirov kimi futbolçular da klubsuz qalıb.