Azərbaycan millisinin üzvü Ramil Şeydayevin Rusiya Premyer Liqasında çıxış edən "Dinamo" klubuna transferi rəsmiləşib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu Moskva klubu ilə bir illik müqavilə imzalayıb. Şeydayev "mavi-ağlar"a azad agent statusu ilə transfer olub.
Ramil Şeydayev ötən mövsüm Premyer Liqanın digər təmsilçisi "Krılya Sovetov"da oynayıb. Forvard Premyer Liqada 18 oyuna 4 qol vurub. Ramil qollardan ikisinə penaltidən imza atıb.
saytlarin hazirlanmasi