İbrahim Şehiç "Qarabağ"a qayıdır?

15:12 - 3 İyul 2019

Ötən yay "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna keçən İbrahim Şehiçlə bağlı yeni iddia yayılıb.

 

Sportal.az Sportsport.ba saytına istinadən xəbər verir ki, bosniya və herseqovinalı qapıçı "Kasımpaşa", "Trabzonspor" və "Qarabağ" klublarının transfer hədəfindədir. Şehiçin Super Liqa ilə vidalaşan klubda qalmaq ehtimalı da var.

 

“Ərzurumspor”un prezidenti Hüseyn Ünes beş legionerin komandanı tərk edəcəyini deyib. Klub rəhbəri  30 yaşlı qolkiperi komandada saxlamaq istədiklərini söyləyib.

 

Qeyd edək ki, Şehiçin “Ərzurumspor”la müqaviləsi 2020-ci ilin yayına qədərdir. Bosniya və Herseqovina millisinin üzvü 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib.

Xəbər xətti