Bədavi Hüseynovun durumuna aydınlıq gəldi

00:00 - 5 İyul 2019

"Viktoriya” ilə yoxlama matçında zədələnən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov tibbi müayinədən keçib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun ayağında əzələ dartılması aşkarlanıb. Hüseynov ən azı 5 gün yaşıl meydanlardan kənar qalacaq

 

İyulun 10-da Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə oyunda müdafiəçinin adının oyunun iştirak ərizəsində olub-olmaması isə həkimlərin son qərarından sonra məlum olacaq.

Xəbər xətti