"Zirə”nin rumıniyalı futbolçusu Adrian Skarlatake açıqlama verib.
Sportal.az fanatik.ro-ya istinadən xəbər verir ki, təcrübəli müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində Rumıniyanın "Krayova" klubu ilə "Səbail"in üz-üzə gələcəyi oyunlar barədə danışıb. Skarlatake "Krayova" üçün asan olmayacağını deyib:
"Səbail" yaxşı komandadır. Hücum xəttində güclüdürlər. Sağ cinahda sürətli futbolçuları var. "Krayova" üçün asan rəqib deyil. Elə də çox azarkeşləri olmadığı üçün evdə və ya səfərdə oynamağın onlar üçün fərqi yoxdur. Bakıda hər şey yaxşıdır, heç bir problem yoxdur. Sadəcə, oyun vaxtı çox isti olacaq. Süni ot örtüyü olduğu üçün çətindir. Fikrimcə, şanslar hələ bərabərdir. "Krayova" üçün "Səbail" səddi çətin olacaq. Bu komanda avrokuboklarda debüt edir. Təcrübəsi olmayan yeni kubdur. Ancaq Bakıda "Krayova"nın başı bəlada olacaq. İsti havanı və ot örtüyünü də nəzərə almaq lazımdır. Oyunu izləyəcəm. Ümid edirəm ki, "Krayova"nın məşqinə də baş çəkəcəm".
32 yaşlı futbolçu yayda Rumıniyadan iki təklif aldığını, ancaq "Zirə"də qalmağa qərar verdiyini deyib: "Rumıniyadan iki təklifim var idi. Ancaq Azərbaycanda qalmağa qərar verdim. Burada sabitliyim var, özümü yaxşı hiss edirəm".
Skarlatake "Zirə" ilə müqaviləsini bir il uzadıb. O, Azərbaycanda daha öncə "Xəzər Lənkəran" və "Keşlə"də çıxış edib.
saytlarin hazirlanmasi