"Keşlə" yeni transferini açıqlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 32 yaşlı qapıçı Stanislav Namaşkonu transfer edib. Moldova milli komandasının üzvü olan futbolçu ilə müqavilə 1+1 şərti ilə bağlanmışdır.
10 noyabr 1986-cı il təvəllüdlü Stanislav Namaşko Moldovanın müxtəlif yaş kateqoriyaları üzrə milli komandalarına da dəvət almaqla yanaşı, "Tiraspol" (Moldova), "Şerif" (Moldova), "Kuban" (Rusiya), "Spartak-Nalçik" (Rusiya), "Volqar" (Rusiya), "Dinamo-Avto" (Moldova), AZAL (Azərbaycan), "Levadiakos" (Yunanıstan), "Deçiç" (Montenegro) komandalarında da çıxış etmişdir. Onun son klubu Montenegronun "Zeta" komandası olmuşdur.
saytlarin hazirlanmasi