"Keşlə"dən Tərlan Əhmədov və köməkçiləri ilə bağlı qərar

15:11 - 5 İyul 2019

"Keşlə" klubu məşqçilər korpusunun tərkibini təsdiqləyib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tərlan Əhmədov və onun rəhbərlik etdiyi məşqçilər heyəti ilə daha bir illik əməkdaşlıq müqaviləsi imzalanmışdır.

 

Yeni mövsümdə Tərlan Əhmədova Zaur İsmayılov, Camaləddin Əliyev, Mehman Babayev və Rəşad Sadiqov kömək edəcəklər.

 

Bununla yanaşı, Vadar Nuriyev baş məşqçinin əsas köməkçilərindən biri kimi komandada fəaliyyət göstərəcək.

 

Xəbər xətti