Ukraynanın "Dinamo" (Kiyev) klubu "Zirə"nin vingeri Salif Sumanın transferindən imtina edib.
Sportal.az xəbər verir ki, bu barədə Ukraynanın "TaToTake" proqramının jurnalisti Mixail Spivakovski məlumat verib.
O, baş tutmayan transfer haqda bunları yazıb: "Dinamo"nun danışıq apardığı digər oyunçu isə "Zirə"nin sağ cinah yarımmüdafiəçisi Salifu Sumadır. Bu futbolçu ilə LNZ də maraqlanırdı. Əsl problem “Zirə”nin Suma üçün 1 milyon avro istəməsidir. Suma üçün məbləğ kifayət qədər böyükdür, bilirəm ki, LNZ-dən də eyni miqdarda pul istəyiblər. LNZ və Dinamo üçün şərtlər eyni idi. Futbolçunun profilini bir az öyrəniblər, statistikası əladır. “Zirə” ilə müqaviləsini artırıb. Düşünürəm ki, onlar haradasa 1,5 milyon civarında pul istəyəcəklər, ona görə də biz Suma məsələsi ilə vidalaşa bilərik".
Qeyd edək ki, "Zirə" Salifu Suma ilə müqavilə müddəti artırıb və qvineyalı 2027-ci il iyunun 30-na qədər qəsəbə klubuna məxsusdur.
saytlarin hazirlanmasi