"Beşiktaş" 19 yaşlı vingerlə müqavilə imzaladı

13:22 - 10 Fevral 2025

"Beşiktaş" qış "transfer pəncərəsi" zamanı ilk keçidi reallaşdırıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "İndependiente"nin şərəfini qoruyan 19 yaşlı Keni Arroyo ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Beşiktaş” ekvadorlu vinger üçün 6,5 milyon avro ödəyəcək. 

O, Türkiyə klubunda 10 nömrəli forma ilə oynayacaq.

Arroyo Ekvador millisinin üzvüdür və indiyə qədər "İndependiente"də oynayıb. 

Xəbər xətti