İngiltərədən Türkiyəyə qayıtdı - RƏSMİ

19:59 - 10 Fevral 2025

Türkiyənin "Rizespor" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, SUper Liqa təmsilçisi "Hall Siti"dən Abdulkadir Ömürü icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi mövsümün sonuna kimi "Rizespor"un formasını geyinəcək.

Qeyd edək ki, "Hall Siti" Abdulkadir Ömürü ötən ilin fevral ayında "Trabzonspor"dan transfer edib. Türkiyə millisinə də çağırılan futbolçu bu mövsüm İngiltərə Çempionşip təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti