Azərbaycan millisinin üzvü Türkiyədə klubunu dəyişdi

10:34 - 10 Fevral 2025

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyədə klubunu dəyişib.

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi “Bandırmaspor”dan Birinci Liqanın digər təmsilçisi “Çorum”a keçib.

O, yeni klubu ilə il yarımlıq müqavilə imzalayıb.

“Çorum” 35 xalla 7-ci pillədədir və Superliqaya yüksəlmək üçün mübarizə aparır.

Xəbər xətti