Mbappe: "Futbolçu olmasaydım, basketbolu seçərdim"

12:46 - 9 Fevral 2025

"Real"ın hücumçusu Kilian Mbappe futbolçu olmasaydı, hansı sahədə özünü sınaya biləcəyini açıqlayıb. 

Sportal.az xəbər verir ki, "Real"ın "YouTube" kanalına danışan fransız basketbola olan sevgisindən bəhs edib: 

"Futbolçu olmasaydım nə işlə məşğul olmağımla bağlı tez-tez soruşurlar. Yəqin ki, basketbolu seçərdim. Amma o qədər də hündür deyiləm(gülür). Lakin bu idman növü xoşuma gəlir. NBA-nı bəyənirəm, bizim də basketbol komandamız var. Basketbol azarkeşiyəm".

Kilian bu mövsüm bütün yarışlarda 31 matçda meydana çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbər xətti