"Mançester Siti" Xavi Simonsu istəyir.
Sportal.az "El Nacional" portalına istinadən xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Simonsa məhz Kevin De Bruynenin əvəzləyicisi kimi baxır.
"Leyptsiq"in yarımmüdafiəçisi Qvardiolanın sərəncamında görmək istədiyi əsas futbolçudur. Almaniya klubu niderlandlıya görə 100 milyon avro təzminat məbləği istəyir.
21 yaşlı futbolçu PSJ, PSV komandalarında da oynayıb. Onun Bundesliqa təmsilçisi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi