Ukrayna millisinin və “Olimpiakos”un hücumçusu Roman Yaremçuk Yunanıstanı tərk edə bilər.
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu “Eyüpspor”un transfer siyahısındadır.
Arda Turan ukraynalı forvardı sərəncamında görmək istəyir.
Türkiyə klubu Yaremçuk üçün danışıqlara start verib. Romanın “Olimpiakos”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Yaremçuk “Dinamo”(Kiyev), “Aleksandriy”, “Gent”, “Benfika”, “Brügge”, “Valensiya” komandalarında çıxış edib.