İtaliya millisinin və "Atalanta"nın forvardı Mateo Reteqi Səudiyyə Ərəbistanına yollanmaq istəməyib.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "Əl-İttihad" 25 yaşlı hücumçu üçün Berqamo təmsilçisinə rəsmi müqavilə təklif edib.
"Atalanta" bu təklifə isti yanaşsa da, futbolçu özü komandasını tərk etmək istəməyib.
Halbuki, "Əl-İttihad" Reteqiyə illik 16 milyon avro maaş ödəməyə hazır olub.
İtaliyalı hücumçu bu mövsüm 33 matçda 23 qol vurub. Mateo 2028-ci il iyunun 30-na qədərdir. O, “Boka Xuniors”, “Estudiantes”, “Tiqre”, “Cenoa”, “Talyeres” komandalarında oynayıb.
saytlarin hazirlanmasi