İsgəndərli oynadı, komandası bərabərə qaldı - VİDEO

09:18 - 10 Fevral 2025

Türkiyə Birinci Liqasında 23-cü turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” evdə “Keçiörengücü” ilə heç-heçə edib (1:1).

Vüsal 87-ci dəqiqədə meydana çıxıb. 23 turdan sonra İsgəndərlinin komandası 33 xalla 9-cu pillədə qərarlaşıb. Liqanın lideri isə 48 xalla “Kocaelispor”dur.

Xəbər xətti