"Qalatasaray"ın oyunu yarıda qaldı: "Adana Dəmirspor" meydandan çəkildi - VİDEO

09:34 - 10 Fevral 2025

Türkiyə Super Liqasında XXIII turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, "Qalatasaray" - "Adana Dəmirspor" görüşü yarıda qalıb.

Belə ki, hesab 1:0 öndə olarkən, qonaq komandanın oyunçuları meydanı tərk etmək qərarına gəlib. Sonda da görüş TFF tərəfindən təxirə salınıb.

Qeyd edək ki, "Adana Dəmirspor"un rəhbərliyi onların qapısına verilmiş penaltiyə etiraz olaraq bu addımı atıb. 

Xəbər xətti