Misli Premyer Liqasının 22-ci turunun "Şamaxı" ilə görüşündə "Sumqayıt" ciddi itki ilə üz-üzə qalıb.
Sportal.az saytının stadiona ezam edilmiş əməkdaşının verdiyi məlumata görə, "kimyaçılar"ın mərkəz müdafiəçisi Alan Dias görüşün 56-cı dəqiqəsində zədələnib.
Braziliyalı stoper oyuna davam edə bilməyib və 57-ci dəqiqədə yerini komanda yoldaşı Miloş Miloviçə buraxıb.
Qeyd edək ki, fasilədə komandanın kapitanı və digər mərkəz müdafiəçisi Elvin Bədəlov da əvəzlənib.