“Əl-Əhli"nin braziliyalı hücumçusu Roberto Firmino "Porto"dan Qalenonun transferindən sonra Səudiyyə Ərəbistanı çempionatında oynaya bilməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Belə ki, klub rəhbərliyi yanvardakı transfer pəncərəsində futbolçunu satmaq imkanını nəzərdən keçirməyi planlaşdırsa da, Firminyo bütün təklifləri rədd edib. Braziliyalı “Əl-Əhli" ilə 2026-cı ilin iyununda başa çatacaq hazırkı müqaviləsinin şərtlərini yerinə yetirmək və onun nəzərdə tutduğu aylıq 1,7 milyon avro maaş almaq niyyətindədir.
33 yaşlı hücumçu 2023-cü il iyulun 4-də Səudiyyə Ərəbistanı klubu ilə 3 illik müqavilə imzalamışdı. Braziliya millisinin sabiq hücumçusu “Fiqeyrense”, “Hoffenhaym”, “Liverpul” komandalarında da oynayıb.