"Liverpul" "Jirona"nın futbolçusunu istəyir

12:22 - 9 Fevral 2025

"Liverpul" "Jirona"nın futbolçusunu transfer etməyi planlaşdırır.

Sportal.az "Todofichajes"ə istinadən xəbər verir ki, İspaniya klubunun üzvü Migel Qutyerres "Liverpul"a keçə bilər.

Mersisayd təmsilçisi 23 yaşlı müdafiəçi üçün "Jirona" ilə danışıqlara start verib. Transfer qiyməti 35 milyon avro olacaq.

Qutyerresin "Jirona" ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Real”dan (Madrid) ayrıldıqdan sonra 2022-ci ildə “Jirona”ya keçmişdi.
 

Xəbər xətti