"Mançester Yunayted"in futbolçusu Meyson Maunt karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "İnter" ingiltərəli hücumameyilli yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
"İnter" Mauntu yayda transfer etməyi planlaşdırır. Milan təmsilçisi 26 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürmək variantını nəzərdən keçirir.
Qeyd edək ki, "Mançester Yunayted" Meyson Mauntu 2023-cü ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinə də dəvət alan oyunçu bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 12 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi