Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulur.
Sportal.az xəbər verir ki, günün ilk görüşü "Araz-Naxçıvan" və "Zirə" komandaları arasında keçirilib. Naxçıvan təmsilçisi 2:0 hesablı qələbə qazanaraq yarımfinala adını yazdırıb.
Yarımfinala vəsiqə qazanacaq son komanda isə "Neftçi Arena"da bəlli olacaq. "Neftçi" "Kəpəz"i qəbul edəcək.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
28 fevral
16:00 "Zirə" – "Araz-Naxçıvan" 0:2
Qollar: Felipe Santos, 3 (pen), 45 (pen)
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu.
İlk oyun 0:1
Zirə İdman Kompleksinin stadionu
19:30. “Neftçi” – “Kəpəz” 1:0 (İkinci hissə)
Qol: Bassala Sambu, 27
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Teymur Teymurov, Tural Qurbanov.
"Neftçi Arena"
İlk oyun - 2:0.