"Arsenal"ın futbolçusu Deklan Rays UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Real"la görüşdə cərimə zərbəsindən iki qol vurmaqla adını tarixə yazdırıb.
O, buna qədər 1/4 finalın ilk duelində dubl edən Rivaldo, Kriştiano Ronaldo, Neymar və Hakim Ziyeşin uğurunu təkrarlamış olub.
Qeyd edək ki, "Arsenal" "Real"ı Rays və Mikel Merinonun qolları sayəsində 3:0 hesabı ilə məğlub edib.
saytlarin hazirlanmasi