"Neftçi" üçün sevindirici xəbər - "Qarabağ"a qarşı oynaya bilər

12:18 - 16 Aprel 2025

Mahmudov qayıdıb və Qarabağa hazırlaşırZədə səbəbindən son turlarda meydana çıxa bilməyən “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov artıq kollektivlə məşqlərə qayıdıb.Sportal.az xəbər verir ki, təcrübəli futbolçu Misli Premyer Liqasının 31-ci turunun “Qarabağ”a qarşı görüşünün hazırlıqlarında iştirak edir.Mahmudovun Azərbaycan derbisinə hazır olacağı gözlənilir. Lakin Emil Səfərov, Renosuke Ohori və Robert Bauer zədə səbəbindən “Qarabağ”a qarşı oynamayacaq.Qeyd edək ki, “Qarabağ” – “Neftçi” görüşü aprelin 19-da keçiriləcək və görüşə 20:00-da start veriləcək.

Xəbər xətti