“Borussiya”nın forvardı Seru Girassi Çempionlar Liqasında afrikalı oyunçular arasında rekorda imza atıb.
Sportal.az “OptaFranz”a istinadən xəbər verir ki, Qvineya millisinin hücumçusu ÇL-in 1/4 finalında "Barselona"ya qarşı keçirilmiş cavab görüşündə bu rekordu reallaşdırıb.
Girassi Çempionlar Liqasında mövsümə 13 qol vuran ilk afrikalı kimi tarixə keçib. Almaniya klubunun üzvü Qirassi "Borussiya"nın tarixində rekoda imza atıb. Belə ki, ona qədər Robert Levandovski və Erlinq Haaland bir mövsümə avrokuboklarda maksimum 10 qol vura bilmişdi.
Afrikalı hücumçu hazırda Çempionlar Liqasının bombardiridir. “Barselona”nın futbolçuları: Rafinya (12 qol) və Robert Levandovski (11) isə 2-ci və 3-cü yerləri bölüşürlər. Qeyd edək ki, Qirassi bu mövsüm başlamazdan əvvəl "Borussiya"ya keçib və Almaniya klubunun heyətində bütün turnirlərdə keçirdiyi 40 matçda artıq 28 qol vurub və 9 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi