"Onda hamı mənə dəli kimi baxırdı"

01:15 - 29 May 2015

“Onlar əvvəl ictimaiyyət qarşısında cavab verməli, sonra da həbsə atılmalıdırlar"        
 
Ötən gün Sürixdə hüquq mühafizə əməliyyatçıları rüşvət almaqda şübhəli bilinən FİFA-da məsul vəzifələr tutan bir neçə şəxs yaxalayıb.
 
Sporatl.az xəbər verir ki, hüquq mühafizə orqanları qurumun vitse-prezidenti Ceffri Uebbi eləcə də Euxenio Fiqerido, Eduardo Li, Xulio Roka, Kostas Takkas, Rafael Eskivel və Xose Marinin istintaqa cəlb edib.
 
Yeni prezident seçkiləri öncəsi FİFA-nın məsul şəxslərinin yaxalanması argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ürəyincə olub. Dünya şöhrətli veteran futbolçu beynəlxalq qurumda külli miqdarda pul mənimsəyən şəxslərin həbs olunmasını təklif edib:
 
“Hələ bir neçə il əvvəl FİFA-da rüşvətxorluğun baş alıb getdiyini demişdim. Onda hamı mənə dəli kimi baxırdı. Halbuki, mən həqiqəti deyirdim. Hər şey üzə çıxandan sonra gördülər ki,  onda mən doğru danışırdım. Onlar əvvəl ictimaiyyət qarşısında cavab verməli, sonra da həbsə atılmalıdırlar”.        

Xəbər xətti