FİFA-nın üzvləri sonuncu dünya çempionunu tanımır

01:55 - 30 May 2015

10 ölkənin nümayəndəsi suala düzgün cavab verməyib
 
FİFA-nın konqresində maraqlı məqamlar ortaya çıxıb.
 
Sportal.az xəbər verir ki, beynəlxalq qurumun baş katibi Jerom Valke yığıncağa qatılan nüməyəndələri imtahana çıəkib.
 
Elektron səsvermə cihazını yoxlamadan keçirən baş katıb yığıncaq üzvlərinə “Sonuncu dünya çempionu hansı ölkənin yığma komandasıdır?” sualını ünvanlayıb. Səsvermədə 10 ölkənin nümayəndəsi suala düzgün cavab verməyib. Lakin FİFA rəsmiləri nədıənsə həmin ölkələrin nümayəndələrinin adlarını açıqlamayıb.      

Xəbər xətti