FİFA-da korrupsiya ilə bağlı iş üzrə həbs olunan məmurlar vəzifələrindən azad edilib

17:23 - 30 May 2015

 

Vitse-prezident də onların içindədi

 

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasında (FİFA) korrupsiya ilə bağlı iş üzrə həbs olunan iki məmur vəzifələrindən azad edilib.

 

Sportal.az xəbər verir ki, söhbət Ceffri Uebbe və Euxenio Fiqeredodan gedir. Hər ikisi FİFA vitse-prezidenti postundan azad edilib. 

 

Qeyd edək ki, təşkilata yeni prezidentin seçkiləri ərəfəsində ABŞ hökuməti FİFA-nı korrupsiyada ittiham edərək bir sıra yüksək vəzifəli məmurunu həbs etmişdi. Ümumilikdə 10-a yaxın məmur həbs olunub. 

Xəbər xətti