İlterlə bağlı qərar verildi
Ötən ayın sonlarında “Qarabağ”ın heyətinə baxışa dəvət olunan Taşkın İltərlə bağlı qərar verilib.
Sportal.az apasport.az-a istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Ağdam klubuna lazım olmayıb.
Belə ki, baxışdan uğurla keçə bilməyən İltərlə müqavilənin imzalanmasına gərək qalmayıb. “Ayntraxt” (Braunşveyq) klubunun üzvü olan Taşkın Almaniyaya qayıtmaq məcburiyyətində qalıb.
21 yaşlı futbolçulardan ibarət millimizin üzvü olan Taşkın İltər buna qədər U-19-da da çıxış edib. Gənc futbolçu millimizin sabiq baş məşqçisi Berti Foqtsun dövründə əsas yığmaya da çağırılıb.
Qeyd edək ki, yay transfer dövrünə fəal başlayan “Qarabağ” bu vaxta qədər Azər Salahlı, Coşqun Diniyev, Elvin Məmmədov və Vüqar Mustafayevi heyətinə qatıb.
saytlarin hazirlanmasi