Portuqaliyalı ulduzdan iddia: "Bunu öncədən demişdim axı"

01:15 - 3 İyun 2015

"Yozef Blatterin gedişi gözlənilən idi”
 
Yozef Blatterin FİFA-nın prezident postundan istefa verməsi böyük əks-səda doğurub.
 
Sportal.az xəbər verir ki, prezident seçkiləri ərəfəsində namizədlliyini geri götürən Luiş Fiqu beynəlxalq qurumda rüşvətin baş alıb getdiyini söyləmişdi.
 
Ali qurumun aparıcı şəxslərinin rüşvətlə bağlı saxlanılması portuqaliyalı ulduzun sözündə həqiqətin olduğunu üzə çıxarıb. Luiş Fiqu facebook sosial şəbəkəsində Yozef Blatterin prezident postundan istefa verməsinə belə münasibət bildirib:
 
“Blatter sonunda düzgün qərar verdi. Onun prezident seçilməsini içtimaiyyət qəbul etmirdi. Blatterin prezident seçilməsi ilə bağlı yaranan narazılıqlar əbəs yerə deyildi. Bunu onun özü də yaxşı başa düşürdü. Blatterin gedişi gec və ya tez  gözlənilən idi. Bunu mən öncədən demişdim axı. FİFA-da seçkilər demokratik keçiriləmlidir. Seçiləcək yeni rəhbər quruma savadlı mütəxəssislər cəlb etməlidir. Yalnız belə olan halda beynəlxalq qurumda işləri qaydasına salmaq olar”.

Xəbər xətti