"Blatterin ardınca bəzi şəxslər də vəzifəsindən gedəcək"

01:27 - 3 İyun 2015

Romario: "İndi dünya tarıxındə yeni bir futbol səhifəsi açılır"
 
FİFA prezidenti Yozef Blatterin istefası çoxlarının ürəyincə olub.
 
Sportal.az xəbər verir ki, beynəlxalq qurumun rəhbərini tənqid edənlərdən də biri braziliaylı ulduz Romario idi.
 
FİFA-da rüşvətxorluğun tuğyan etdiyini deyən braziliyalı əfsdanəvi hücumçu bunun başında qurumun rəhbərinin dayandığını da açıqlamışdı. Yozef Blatterin istefa verməsinə dünya çempionu belə münasibət bildirib:
 
“Blatterin istefa verməsi yaxşı xəbər oldu. Indi dünya tarıxındə yeni bir futbol səhifəsi açılır. FİFA-da rüşvətin baş alıb getdiyini deyənlərdən də biri mən idim. Həmin şəxslər məsuliyyətə cəlb olunanda qurumda dəyişiklərin baş verəcəyini gözləyirdim. Prezidentin istefa verməsi bu dalğanın davamının gələcəyindən xəbər verir. Mənə elə gəlir ki, Blatterin ardınca bəzi şəxslər də vəzifəsindən gedəcək”.                        

Xəbər xətti