"Dörd gün ərzində nəsə baş verdi ki, Blatter istefa verməyə məcbur oldu"

01:43 - 3 İyun 2015

Qrek Dayk: “Onun öz istəyiylə getdiyinə inanmıram”
 
Yozef Blatterin FİFA-nın prezident postundan gedişini İngiltərə Futbol Federasiyasının rəhbəri Qrek Dayk bəyənib.
 
Sportal.az xəbər verir ki, ingiltərəli ali qurumun rəhbərinin dörd gündən sonra istefa veməsini belə qarşılayıb:
 
“Futbal üçün nə gözəl bir gündür. Blatterin belə tez bir müddətdə istefa verəcəyini gözləmirdim. Bir neçə gün əvvəl Sürixdə onu yenidən prezident seçildiyinə görə təbrik etdilər. Birdən nə baş verdi ki, Blatter getmək qərarına gəldi? Onun öz istəyiylə getdiyinə inanmıram. Blatterin necə dəmir iradəli insan olduğunu bilirəm. 4 gün ərzində nəsə baş verdi ki, Blatter istefa verməyə məcbur oldu. Yəqin ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”.         
       

Xəbər xətti