Orxan Sadıqlı komandadan ayrıldı
"Xəzər Lənkəran" daha bir aparıcı futbolçusu ilə yollarını ayırıb.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, cənub təmsilçisinin qapıçısı Orxan Sadıqlı komandadan ayrılıb. Gənc qolkiperlə müqavilə ləğv edilib və futbolçunun transfer vərəqəsi özünə verilib.
Qeyd edək ki, 22 yaşlı əlcək sahibi ilə bir neçə Premyer Liqa klubu maraqlanır. Bundan başqa ölkə xaricindən də təkliflərin olduğu bildirilir.
saytlarin hazirlanmasi