2 il yarımlıq müqavilə imzalanıb
"Xəzər Lənkəran"ın kapitanı Rahid Əmirquliyevin karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Qarabağ"a transfer olunub. Milli komandamızın üzvü Ağdam təmsilçisi ilə 2 il yarımlıq müqavilə imzalayıb. Bu barədə Rahid Əmirquliyevin "facebook" səhifəsində məlumat verilib:
RƏSMİ!
Rahid Əmirquliyevin yeni komandası bəlli oldu!
R.Əmirquliyev və "Qarabağ" Futbol Klubu arasında bu gün 2il 6ay müddətinə müqavilə imzalandı! Qeyd edək ki, Rahid Əmirquliyev azad agent statusuna malik idi.