"Çempionluq uğrunda mübarizə çox çətin keçəcək"
"Zirə"nin legioneri Rihairo Meulens sportal.az-a müsahibə verib:
- İlin son qarşılaşmasında AZAL-a 1 – 0 hesabı ilə məğlub oldunuz. Oyun haqda fikirləriniz?
- Oyundan 3 xalla ayrılmaq istəyirdik. 2015-ci ilə qələbə ilə bitirmək daha yaxşı olardı. Görünür AZAL daha istəkli idi. Layiqli mübarizə apardılar və yaxşı müdafiə olundu. Çoxlu hücum cəhtləri etsək də, boşa çıxdı.
- Bonilla ilə mübarizədə heyətə düşməkdə çətinlik çəkirsiniz…
- Açığı, bilmirəm. Bu sual məşqçilər heyətinə verilməlidi. Mən Bonillanı Rumıniyadan tanıyıram. Yaxın dostlarımdan biridi. O, sırf forvarddır. Mən isə cinah yarımmüdafiəçisiyəm.
- “Zirə”yə Premyer Liqanın debütantı olmağına baxmayaraq turnir cədvəlini ilk “üçlük”də bitirdi. Bu sizin üçün gözlənilməz olmadı?
- Əlbəttə, “Zirə” yeni klubdu. İlk dəfə idi ki, Premyer Liqada mübarizə aparırdıq. Əgər biz ilk “üçlük”dəyiksə, deməli, bu bizim əməyimizdir.
- Qış fasiləsindən sonra çempionluq uğrunda mübarizə aparmaq çətin olmayacaqki?
- Qış fasiləsindən sonra Premyer Liqa klubları arasında gedən mübarizə daha da gərgin olacaq. Fikrimcə, çempionluq uğrunda mübarizə çox çətin keçəcək.
- Qış transfer pəncərəsində başqa komandaya keçmək fikriniz var?
- Razıyam. Digər klublarda oynaya bilərəm. Hər oyunda meydana çıxırdım. Zədədən sonra hər şey tam əksinə oldu.
- Azərbaycan Premyer Liqasında ən güclü legioner futbolçu kimi hesab edirsiniz?
- Mən skaut deyiləm. Futbolçuyam. Hər oyuna baxıb futbolçu kəşf etmirəm.
Mehman Əşrəfov
saytlarin hazirlanmasi