Səlahət Ağayev "İnter"dən ayrıldı

13:14 - 25 Dekabr 2015

"Şərtləri məni qane etmədi"

 

Azərbaycan yığmasının qapıçısı Səlahət Ağayev "İnter"i tərk edib.

 

Sportal.az xəbər verir ki, müqaviləsinin müddəti başa çatan futbolçu paytaxt klubu ilə yeni razılıq əldə edə bilməyib.

 

Ağayev açıqlamasında bunları bildirib: "Biz razılığa gələ bilmədik. Yeni rəhbərliyin təklif etdiyi müqavilənin şərtləri məni qane etmədi. Son yarım ildə onsuz da maliyyə problemlərindən əziyyət çəkən klubda çıxış edirdim. Fikrimcə, mənim üçün çox iş görmüş klub qarşısında öz borcumu ödəyə bildim. Artıq özümə yeni klub axtaracağam. İstisna deyil ki, yeni klubum ölkə xaricində olsun. Türkiyəyə getmək variantım var. Özü də birinci divizion klubu deyil. Premyer Liqamızda da qala bilərəm. Tələsməyəcəyəm. Düşünüb, düzgün qərar qəbul etmək üçün kifayət qədər vaxtım var". (Azerisport.com)

Xəbər xətti