"Bu işlər Azərbaycanda fərqlidir"
"Qarabağ"ın hollandiyalı forvardı Raydell Pupon klubdan ayrılacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.
Sportal.az xəbər verir ki, 28 yaşlı futbolçu Hollandiya mətbuatına açıqlamasında bunları qeyd edib:
"Qarabağ"dan ayrılacağımla bağlı yazılanlar məni şok etdi. Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Onu deyə bilərəm ki, məndən yanvarın 5-də komandanın düşərgəsində olmağımı istəyiblər. Qarabağ"dan getməyim haqda ancaq yayda düşünə bilərəm. Hollandiya ilə müqayisədə Azərbaycanda bu işlər bir qədər fərqlidir. Əgər "Qarabağ" həqiqətən mənimlə yollarını ayırmaq istəyirsə, bu, onlara baha başa gələcək".
saytlarin hazirlanmasi