"Xəzər Lənkəran"a geri dönməyimdə ən çox rol oynayan...."

01:00 - 6 Yanvar 2016

Orxan Sadıqlı: "Qismətdə ayrılıq yox imiş"
 
Xəbər verdiyimiz kimi, gənc qolkiper yenidən "Xəzər Lənkəran"la 6 aylıq müqavilə imzalayıb.

Sadıqlı yenidən "Xəzər Lənkəran"a dönüşü barədə öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"Qismətdə ayrılmaq yox imiş. 4 klubdan təklif var idi, 1 komanda ehtiyyat qapıçı kimi istəyirdi, digər komanda ilə son anda razılaşmadıq. Digər iki klubla isə maliyyə məsələlərində razılığa gələ bilmədik. Geri dönməyimdə ən çox rol oynayan klub rəhbərliyimizlə baş məşqçimizin yenidən məni komandada görməsidir. Mən də sevə-sevə qayıtdım və bundan sonra da "Xəzər Lənkəran" üçün meydanda döyüşəcəm. Bu klubun yetirməsiyəm və burda qalıb "Xəzər Lənkəran"ın uğurları üçün çalışmaq ən düzgün qərar idi.
 
Komandamızın çətin günləridi. Əl-ələ verib bu vəziyyətdən çıxacağıq. İndiki hədəfimiz maksimum xallar toplayıb turnir cədvəlində yerimizi yaxınlaşdırmaqdır. Bundan sonra hər komandayla iki oyunumuz qalıb və hər bir qarşılaşma bizim üçün finaldır".

Xəbər xətti