Əsgər Abdullayevlə köməkçisi arasında qalmaqal ÖZƏL

00:37 - 7 Yanvar 2016

Samir Əliyevin qayıdışı etiraza səbəb oldu
 
"Neftçi"nin sabiq baş məşqçisi Samir Əliyevin yenidən "ağ-qaralar"a qayıtmağı və Əsgər Abdullayevin köməkçisi olacağı barədə özəl məlumat vermişdik. Əliyevin komandaya qayıtması isə Əsgər Abdullayevin tapşırığı ilə baş tutub.

Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, Abdullayevin bu qərarı digər köməkçi məşqçi Həbib Ağayevin özündən çıxmasına gətirib. Buna da səbəb Əliyevin qayıdışından sonra Ağayevin postundan uzaqlaşdırılacağıdır. Baş məşqçi ilə köməkçisi arasında söz davası olub, Həbib Ağayev birmənalı şəkildə bildirib ki, Samir Əliyevin komandaya qayıdışının tam əleyhinədir, lakin bu etirazlar Əsgər Abdullayevin qərarını dəyişməyib.
 
Mövsümün ikinci yarısından etibarən köməkçi məşqçi funksiyasını Samir Əliyev və Səttar Əliyev yerinə yetirəcək.

Xəbər xətti