"Qarabağ" "Qalatasaray" və "Beşiktaş"ı, "Qəbələ" isə "Everton"u qabaqladı

11:11 - 7 Yanvar 2016

Reytinq siyahısı

 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın ən yaxşı klublarının siyahısı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 203 klubun yer aldığı siyahıda 3 təmsilçimiz "Qarabağ", "Qəbələ" və "İnter" yer alıb. 

 

"Qarabağ" 142 xalla 77-ci pillədə qərarlaşıb. Ağdam təmsilçisi "Borussiya" (Münhenqladbax), "Benfika", "Marsel, "İnter" (Milan), "Qalatasaray" və "Beşiktaş"  kimi komandaları qabaqlayır. 

 

"Qəbələ" isə 116 xalla 124-cü pillədə yer alıb. Bu pillədə təmsilçimizə şərik olanlar arasında “Rosario” (Argentina), “Erediano” (Kosta-Rika), “Torino” (İtaliya) və “İlva” (Cənubi Koreya) komandaları var. Əlavə edək ki, "Qəbələ" "Everton", "Vest Hem", "Lion" kimi komandaları qabaqlayıb. 

 

Bakı "İnter"i isə 92 xalla 192-ci pilləyə şərik olan "Volves” (Nigeriya), “Tyun” (İsveçrə) və “Pünik” (Ermənistan) klubları ilə eyni sırada qərarlaşıb. 

Xəbər xətti