Məşqlərdə iştirak edəcək
"İnter"dən ayrılan millimizin qolkiperi Səlahət Ağayevin "Qəbələ" ilə danışıqlar apardığı barədə məlumat vermişdik.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, son anda tərəflər razılaşa bilməyib. Səbəb isə Ağayevin daimi oynamaq istədiyi bir komanda tapmağıdır. Hələlik klub tapmayan Səlahət bu gündən etibarən "Sumqayıt"ın düşərgəsində məşqlərə başlayacaq. Digər bir məlumata görə, "Sumqayıt" Ağayevə müqavilə də təklif edəcək. Əgər tərəflər arasında maliyyə məsələsində razılıq olsa, qolkiper mövsümün sonuna kimi "kimyaçılar"ın heyətində oynaya bilər.
saytlarin hazirlanmasi