8 komanda iştirak edəcək
Xəbər verdiyimiz kimi, qış toplanışını ölkə daxilində keçirəcək Premyer Liqa klubları arasında "CBC Cup" turniri keçirilməli idi.
Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, turnirin formatında dəyişiklik olub. Belə ki, I Divizion təmsilçisi "Şərurspor"un rəhbərliyi AFFA-ya müraciət edərək bu turnirdə dəyişiklik olmasını istəyib. Yeni formata görə, "CBC Cup" adını dəyişərək "Ulu öndərə həsr olunmuş" turnir adını alıb. Bu turnirdə 8 klub iştirak edəcək. Bu klublar "Neftçi", "Xəzər Lənkəran", AZAL, "Rəvan", "Şərurspor", "Qaradağ Lökbatan, "Neftçala" və MOİK-dir.
Qeyd edək ki, turnirin mükafat fondu "Şərurspor" rəhbərliyinin təşəbbüsü ilə 10 min manat olaraq göstərilib. Turnirin püşkatması bu gün baş tutacaq.
saytlarin hazirlanmasi